İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

24 İyul 2021 17:44
0 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370,4 milyon manat təşkil edib ki, onun da 2 milyard 153,7 milyon manatı heyvandarlıq, 2 milyard 216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.