İqtisadiyyat

Bu il Azərbaycan 96 ölkəyə məhsul ixrac edib

12 İyun 2021 17:25
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 152 ölkədən idxal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 532,1 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 6 milyard 003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3 milyard 528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2 milyard 474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.