Mobil Şöbə ilə öz zövqünüzə uyğun rəqəmsal kart aça biləcəksiniz! - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə nağdsız ödənişlərin inkişafına və innovasiyalara böyük diqqət ayıran Bank Respublika, müştərilərinə yeni "Digital Card" məhsulunu təqdim etdi.
"Digital Card" - "Bank Respublika"nın Mobil Şöbə mobil əlavəsi üzərindən ani şəkildə aktivləşdirilən, mal və xidmətlərin dəyərinin İnternet və NFC xidməti vasitəsilə ödənilməsi üçün nəzərdə tutulan VISA kartıdır. Artıq həm bankın müştəriləri, həmçinin Mobil şöbə əlavəsinin istənilən istifadəçiləri banka getmədən, vaxt itirmədən bir toxunuşla və PULSUZ olaraq Bank Respublikanın Digital Card sahibi ola biləcəklər.
Bu kart üzrə rekvizitləri müştərilər birbaşa olaraq və tam təhlükəsiz şəkildə Mobil Şöbə üzərindən əldə edə və müxtəlif İnternet saytlarında bütün ödənişlərini rahatlıqla apara biləcəklər. Yeni kart - tam olaraq rəqəmsal kartdır və fiziki plastik üzərində çap olunmur. Qeyd edək ki, hal-hazırda kart AZN valyutasında və heç bir xidmət haqqı tutulmadan 1 il müddətinə istifadəyə buraxılır.
Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq müştərilər Mobil Şöbə vasitəsilə Digital Card üçün xüsusi təqdim olunan kataloqdan istədikləri dizaynı seçib öz zövqlərinə uyğun kart görünüşünü təyin edə biləcəklər. Kartın bir əlavə üstünlüyü də odur ki, aktiv olunandan dərhal sonra, onu NFC xidmətinə qoşaraq smartfon vasitəsilə ödəmələrdə də ondan istifadə etmək mümkün olacaqdır. (NFC-ni dəstəkləyən Android cihazlarında)
Vaxt itirmədən Mobil Şöbə əlavəsini yükləyin, öz zövqünüzə uyğun dizaynda rəqəmsal kart sahibi olun!
Bank Respublikanın Mobil Şöbə əlavəsini həm PlayMarket, həm də AppStore-dan yükləmək mümkündür.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)





