Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Azərbaycanla İndoneziyanın ikitərəfli əlaqələrinin inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. Bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib ki, bunun da 24 milyon tonunu "Azeri Light" markalı neft təşkil edir: "Enerji sahəsində tərəfdaşlıq əlaqələrimizin hazırda genişlənmək potensialı var. Azərbaycanın elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını, təxminən, 1500 MVt artıraraq 30%-ə çatdırmaq hədəfi, xarici investorların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin "yaşıl enerji zonası" na çevrilməsi ilə bağlı planlar enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu gün imzaladığımız bu sənəddə bərpa olunan enerji üzrə əməkdaşlıq istiqamətinin yer alması da enerji sahəsində işbirliyinin şaxələndirilməsini ehtiva edir. Fürsətdən istifadə edərək, İndoneziyanın dövlət və özəl sektorunun maraqlı tərəflərini, potensial investorları "yaşıl enerji" sahəsində əməkdaşlığa dəvət edirəm".
İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Arifin Tasrif isə bidirib ki, bu sənədin imzalanması ilə İndoneziya və Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı yeni mərhələyə daxil olur: "Qlobal miqyasda iqtisadi tənəzzüllə müşayiət olunan pandemiya innovativ, qeyri-standart planlar və strategiyalarla çətinliklərin öhdəsindən gəlməyi təşviq edir. Həmçinin belə bir mürəkkəb vəziyyətdə enerji sahəsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsi də vacib amilə çevrilir. İnanıram ki, İndoneziya ilə Azərbaycan arasında enerji əməkdaşlığı daha yüksək səviyyədə inkişaf edərək, hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəkdir".
Memoranduma əsasən, Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər. Sənəd, həmçinin elmi və texniki əməkdaşlıq üzrə birgə layihələrin, təlim və inkişaf proqramlarının həyata keçirilməsini, enerji sahəsinə investisiyaların təşviqini, birgə seminar, konfrans və enerji forumlarının keçirilməsi istiqamətlərini əhatə edir. Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ





