İqtisadiyyat

"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları necə qarşılanacaq?

5 Mart 2021 11:29
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada zəmanətsiz uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiq edib.

Milli.Az bu barədə agentliyə istinadən məlumat verir.

Bu reytinq "Cənub Qaz Dəhlizi"nin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard dollar məbləğində avrobondları üzrə qiymətləndirməni özündə əks etdirir.

"Fitch" hesab edir ki, şirkətin istiqrazları Azərbaycan tərəfindən təmin olunub:

"Şirkət rəhbərliyinin proqnozlarına əsasən, bütün layihələr istismara verildiyi üçün, "Cənub Qaz Dəhlizi" QSC-nin 2021-ci ildə maliyyə vəsaitlərində ehtiyacı "Şahdəniz", Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP, eləcə də toplanmış vəsait hesabına qarşılanacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.