İqtisadiyyat

Dollarla bağlı vəziyyət necə dəyişib?

23 Fevral 2021 17:02
Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325,402 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36% artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 2020-ci ilin yanvar ayı ilə müqayisədə dollar alışı 47,8% artıb.

Bundan başqa, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67,729 mln. dollar təşkil edib ki, bu da aylıq 30,6%, illik müqayisədə isə 47,6% azalıb.

Xatırladaq ki, cari ilin yanvar ayında əhalinin dollara tələbatı 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.