SOCAR bu il yeni istiqrazlar buraxacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SOCAR tərəfindən 2021-ci ildə daxili bazar üçün ABŞ dollarında yeni istiqrazların emissiyası planlaşdırılır.
Milli.Az bildirir ki, "SOCAR Capital"dan Trend-ə verilən məlumata görə, 2020-ci il dünyanı bürüyən COVID-19 pandemiyası, qlobal miqyasda siyasi qeyri-stabillik və neftin qiymətinin ötən illərə nəzərən aşağı olması səbəbindən ciddi iqtisadi çətinliklərlə yadda qalıb. Qeyd olunan çətinliklərin aradan qaldırılması istiqamətində SOCAR tərəfindən 2016-cı ildə təsis olunmuş "SOCAR Capital" MMC müvafiq təkliflər paketi, araşdırma və hesabatlar hazırlayaraq, fəal surətdə iştirak edib:
"2020-ci ilin ilk yarısında qlobal səhm və istiqraz bazarlarında qiymətlərin kəskin şəkildə enməsi "SOCAR Capital"a uğurlu investisiyalar etmək üçün əlavə imkan yaradıb. Bundan savayı, qeyri-neft sektorlarına alternativ investisiyaların qoyulması proqramı çərçivəsində yüksək mənfəət gətirmiş beynəlxalq birjalarda səhm alqı-satqılarını həyata keçirib.
"SOCAR Capital" şirkəti növbəti ildə də beynəlxalq investorların Azərbaycana cəlb olunması, SOCAR-ın daxili strukturlaşdırılması və şaxələnməsi proqramının həyata keçirilməsi, SOCAR İstiqrazlarının təkrar bazarda tədavülünün aktiv surətdə davam etdirilməsində birbaşa rol oynayacaqdır. Eyni zamanda, SOCAR-ın beynəlxalq investisiya portfelinin genişləndirilməsi, iqtisadi və maliyyə araşdırmalarının aparılması yönündə də fəaliyyətlərini davam etdirəcək".
Şirkətdən qeyd edilib ki, 2016-cı ildə 5 illik müddətə daxili bazar üçün buraxılmış SOCAR İstiqrazlarının 4-cü ili artıq geridə qalıb və bu illər ərzində SOCAR İstiqrazlarına tələbat artaraq, davam edib:
"SOCAR, 2016-cı ildə buraxdığı ilk istiqrazlarla qiymətli kağızlar bazarında böyük uğurlara imza atmış və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub-saxlamışdır. İlk buraxılan SOCAR İstiqrazları daxili kapital bazarlarında mühüm canlanma yaratdı. 100 milyon dollarlıq həcmdə emissiya olunan istiqrazlara tələbat 200 milyon dollardan artıq oldu. İstiqrazlar üzrə indiyədək investorlara 20 milyon ABŞ dolları məbləğində faiz ödənilib. Növbəti faiz ödənişi cari ilin 17 yanvar tarixində baş tutacaq.
Uzun müddətdən bəri investorlar tərəfindən gələn çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycanın ən böyük şirkəti və vergiödəyicisi olan SOCAR tərəfindən 2021-ci ildə daxili bazar üçün ABŞ dollarında yeni istiqrazların emissiyası planlaşdırılır. Yeni buraxılacaq istiqrazların parametrləri aşağıdakı kimidir:
Müddət: 5 il
Kupon faizi: 4.5%
Faiz ödəniş periodu: rüblük
Nominal dəyər: 1000 (min) USD
Sayı: 100,000 ədəd (toplam məbləğ 100 milyon ABŞ dolları)
5 ilin yekununda ödəniləcək toplam kupon məbləği: $22.5 mln
Təklif üsulu: abunə yazılışı
Marketmeyker: "PSG Kapital" İnvestisiya Şirkəti".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır





