Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşüb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Mikayıl Cabbarov Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb.
Qeyd edilib ki, Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının səmərəli fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir və bu ilin sonunda İşçi Qrupunun növbəti iclasının keçirilməsi əməkdaşlığın genişləndirilməsinə töhfə verə bilər. Bildirilib ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsindən istifadə etməklə yaradılan Peşə Təhsil Mərkəzi açılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsi önəmlidir. Alman şirkətləri Azərbaycanın əlverişli investisiya və bisnes mühitindən, nəqliyyat-tranzit imkanlarından yararlana bilərlər.
Görüşdə İqtisadiyyat naziri pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə məlumat verib, Azərbaycan İnvestisiya Holdinqinin və İqtisadi Şurasının yaradıldığını bildirib, postpandemiya dövrü üçün iqtisadi inkişaf istiqamətlərini diqqətə çatdırıb.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
İqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında əlaqələrin inkişafı, menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakının davam etdirilməsi, Almaniyanın Kiçik və Orta Sahibkarlıq Federal Assosiasiyası ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"





