İqtisadiyyat

Azərbaycanda vergi ödəyicilərinin ünvanlı xidməti tətbiq ediləcək

21 Dekabr 2011 16:55
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda vergi ödəyicilərinə göstərilən ünvanlı xidmətin tətbiqinə kömək edəcək ki, bu da Azərbaycanda rəqabət və ticarət layihəsinin prioritet istiqamətlərindən biridir. Trend xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.

Layihə USAID-in texniki dəstəyi ilə həyata keçirilir.

Layihənin ətraflı müzakirəsi nazirlikdə keçirilib. Müzakirələr zamanı vergilər nazirinin müavini Natiq Əmirov ölkədə son vaxtlar keçirilən islahatlar və bu sahədə əldə edilən uğurlar, eləcə də elektron hökumətin hazırlanması istiqamətində inkişafın yeni səviyyəsinə keçid barədə məlumat verib.

USAID layihəsinin rəhbəri Melani Şults Vergilər Nazirliyi ilə əməkdaşlıqdan məmnun qaldığını bildirib və bəyan edib ki, layihənin əsas məqsədi Azərbaycanın qeyri-neft sektorunun inkişafına dəstəkdir. Həmçinin, qeyd edilib ki, layihənin həyata keçirilməsinə ən yaxşı mütəxəssislər cəlb ediləcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.