Pərviz Şahbazov: Azərbaycan neft bazarında stabilliyin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan öz öhdəliklərinə sadiqdir və neft bazarının stabilliyinin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Valday" klubu və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil olunan "Qlobal energetika və beynəlxalq siyasi risklər" beynəlxalq konfransında deyib.
O bildirib ki, hazırkı fövqəladə vəziyyətdə istehsalçı ölkələrin missiyası OPEC+ formatının öhdəliklərin sabit və səmərəli icrası mexanizmi qismində fəaliyyətini təmin etməkdən ibarətdir:
"Neft bazarında sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Ona görə də mən OPEC+ formatının genişləndirilməsinin vacib olduğunu hesab edirəm".
P.Şahbazov hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı sazişin icrasının üç aylıq yekunu növbəti addımlar üçün əsas təşkil edəcək. O əlavə edib ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir və neft bazarının stabilliyinin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək.
Enerji bazarındakı ümumi vəziyyətdən danışan nazir qeyd edib ki, COVID-19 dünya enerji sistemində dəyişikliklərə gətirib çıxaran əsas amillərdən biridir:
"Qlobal enerji sistemi uzun müddət tamamilə fərqli, daha dayanıqlı, proqnozlaşdırıla bilən mühitdə inkişaf edib. Qiymət müharibəsi və pandemiya şəraitində dünya neftə tələbatın qeyri-real həddə çatdığı vəziyyətlə üzləşdi. Neft bazarı qeyri-müəyyən hal alır. Təklif və tələb balansının da nə zaman bərpa olunacağı barədə qeyri-müəyyənlik var. İlin ikinci yarısında azalan trendin ləngiməsi gözlənilir. Qeyri-müəyyənlik şəraitində tələbin bərpa olunmasını gözləyə bilmərik. Bəzi proqnozlara görə, bazarı stabilləşdirmək üçün azı iki il vaxt lazım olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)





