İqtisadiyyat

Azərbaycanda sənaye məhsulu istehsalı artıb

12 Mart 2020 21:41
0 Şərh     Baxış: 1 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2020-ci ilin yanvar-fevral aylarında 7,71 milyard manatlıq sənaye məhsulları istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənaye istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Qeyri-neft və qaz sektorunda təxminən 2 milyard manata yaxın sənaye məhsulu istehsal edilib.

Qeyri-neft və qaz istehsalı sektorunda istehsal ümumi istehsalın 25,5 faizini təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft və qaz sektorunda istehsal 21,7 faiz artıb.

Qeyri-neft və qaz sektoruna qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1,03 milyard manat təşkil edib.

Qeyri-neft və qaz sənayesinə qoyulan investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 154,9 milyon manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.