Assosiasiya prezidenti: "Turizm sahəsində görülən işlər 2020-ci ildə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turizm sahəsində kadr hazırlığının aparılması, ölkənin turizm imkanlarının tanıdılması, infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində aparılacaq işlər 2020-ci ildə ölkədə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi turizm sahəsinin də inkişafı dövlətin diqqət mərkəzindədir: "Prezident keçirdiyi müşavirələrdə də qeyri-neft sektorunun ən prioritet sahəsi kimi turizmin inkişafı məsələlərinə toxunur. Biz görürük ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, onların xərclədikləri vəsaitin məbləğində, gecələmə sayında da böyük artım müşahidə edilir".
R.Quliyev əlavə edib ki, dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə Azərbaycanı 2025-ci ilədək regionun, eləcə də dünyanın cəlbedici turizm məkanlarından, 2025-ci ildən sonrakı dövr üzrə dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək əsas məsələ kimi qarşıya qoyulub: "Ölkədə ənənəvi və qeyri-ənənəvi bazarlara sirayət etmə istiqamətində böyük işlər görülür. Bu sahədə turizm sektorunun təmsilçilərinin də üzərinə çox böyük məsuliyyət düşür".
Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən il ölkəmizə səfər edən turistlərin sayının rekord həddə çatdığını, ölkəmizə 3 milyon 170 min xarici qonaq gəldiyini söyləyib.
Prezident İlham Əliyev bildirib ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər.
Dövlət başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını nəzərə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi





