İqtisadiyyat

Müddətli əmək müqaviləsi və ya müddəti bəlli olan konkret layihələr necə rəsmiləşdiriləcək?

30 Dekabr 2019 17:19
0 Şərh     Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

"Dövlət büdcəsindən maliyyələşən (maliyyə yardımı alan) təşkilatların nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli, 514 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən (o cümlədən, maliyyə yardımı alan) təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətləri əvvəlki illərdə olduğu kimi, 01 yanvar 2020-ci ildən də müddətli əmək müqaviləsi və ya müddəti bəlli olan konkret layihələrin, proqramların yerinə yetirilməsi ilə bağlı isə mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.