İqtisadiyyat

Bakıda daşınmaz əmlak noyabrda ucuzlaşıb

11 Dekabr 2019 15:44
0 Şərh     Baxış: 2 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin noyabr ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 0,11% azalıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov APA-ya bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə 4,84%, ilkin mənzil bazarında isə 1,57% azalma qeydə alınıb.

Yanvar-noyabr ayları üzrə daşınmaz əmlak bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 2,51%, o cümlədən ilkin mənzil bazarında 6,87% artıb. Təkrar mənzil bazarında isə 1,4% azalma qeydə alınıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.