İqtisadiyyat

Aviaşirkətlərə subsidiya verilsin - TƏKLIF

29 Noyabr 2019 15:19
0 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda digər aviaşirkətlərə də ("AZAI"dan başqa) Bakı ilə yanaşı, ölkənin digər turizm regionlarına uçuş yerinə yetirməsi məqsədilə mütləq dərəcədə subsidiyalar verilməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbayan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, bu sahədə subsidiya siyasəti tətbiq olunmasa, aviaşirkətləri rayonlara yönəltmək çətin olacaq: "AZAL"ın bu sahədə xidmətlərini unutmaq olmaz. Amma daha aşağı büdcəli digər aviaşirkətləri də rayonlara uçuşlara cəlb etmək çox önəmlidir. Bu da gələcəkdə hava nəqliyyatı ilə ölkəyə turistlərin gəlməsini sürətləndirəcək. Edilən şikayətlər arasında hava yollarının biletlərinin kifayət qədər bahalı olması da mühüm amillərdən biri kimi tərəfimizdən müzakirə olunur. Bu istiqmətdə qiymətlərin aşağı salınması və digər işlərin görülməsi ilə bağlı Dövlət Turizm Agentliyi ilə müzakirə aparılır. Yaxın gələcəkdə tətbiq ediləcək yardım və dəstək mexanizmləri müzakirə olunmaqdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.