İqtisadiyyat

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlandı

22 Mart 2019 14:49
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan 2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ən azı 4 milyon ton Türkmənistan neftinin nəql olunacağına ümid edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "S&P Global Platts"a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib: "Ötən il təqribən 4,2 milyon ton türkmən nefti nəql etmişik. Cari ildə bu göstəricinin aşağı olacağını gözləyirik, lakin 2020-ci ildə ən azı 4 milyon ton olacaq".

Şirkətin vitse-prezidenti vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın digər ölkələri ilə də, xüsusilə nəql etmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir:

"Bu yaxınlarda Qazaxıstanın "KazMunayQaz" şirkət ilə anlaşma memorandumu imzalamışıq. Ortamüddətli perspektivdə əməkdaşlığa Bakı-Tbilisi-Ceyhan üzrə Qazaxıstan neftinin tədarükünün yenilənməsi də daxil ola bilər".

Qeyd edək ki, SOCAR Türkmənistan neftini Xəzər dənizi vasitəsilə tankerlərdə, daha sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə tədarük edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.