İqtisadiyyat

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

16 Avqust 2018 16:08
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 31,3 dəfə artıb, maşın və avadanlıqların istehsalı 15,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 880 ədəd traktor, 269 ədəd minik avtomobili istehsal olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.