İqtisadiyyat

Bitkoin "düşür" - 6,2 min dollar

12 İyul 2018 20:07
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, kriptovalyuta 6,2 min dollara həddinədək ucuzlaşıb. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 2,02% ucuzlaşaraq 6 237 dollar təşkil edib.

Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,53% və ya 436,37 dollaradək bahalaşıb, "Ripple" 1,76% (0,437 dollara qədər), "Bitcoin Cash" 0,73% (687,94 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 246,98 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.