İqtisadiyyat

Azərbaycan neftinin son qiyməti

21 May 2018 23:49
0 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,37 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 76,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 78,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,86 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.