İqtisadiyyat

Boksçumuz ukraynalı idmançı ilə döyüşəcək

12 Dekabr 2017 21:52
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq boks gecəsində qüvvəsini sınayacaq.
 
31 yaşlı boksçumuz dekabrın 15-də keçiriləcək "Extra Round5" turniri çərçivəsində ukraynalı German Skobenko ilə qarşılaşacaq. Superağır çəkidə baş tutacaq döyüş 6 raund davam edəcək.
 
Xatırladaq ki, Atakişiyev peşəkar rinqdə keçirdiyi 4 döyüşün hamısında qələbə qazanıb. Bunların ikisində təmsilçimiz nokautla qalib gəlib. Onun rəqibinin hesabında isə biri nokautla olmaqla 4 qələbə və bir məğlubiyyət var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.