"Nar" yeni "Full" paketlərini təqdim etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nar" tamamilə yeni "Full" paketlərini təqdim etdi. "Full 9", "Full 14" və "Full 19", paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Belə ki, abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar" istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz "Full" paketi ilə təmin etdi.
"Full 9" paketinə qoşulduğu andan etibarən, abunəçi bonus olaraq 300 ölkədaxili dəqiqə və 1,5 GB internet trafiki, "Full 14" və "Full 19" paketlərinə qoşulduqda isə, müvafiq olaraq 450 ölkədaxili dəqiqə, 2 GB internet və 600 ölkədaxili dəqiqə, 2,5 GB internet trafiki qazanır. Paketlərin həcmindən asılı olaraq abunəçinin balansından müvafiq qaydada 9 AZN, 14 AZN və ya 19 AZN çıxılır. Paketi davamlı yeniləyən abunəçinin istifadə etmədiyi bonuslar isə növbəti aya keçir.
İrihəcmli "Full" paketləri və digər məlumatları nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
CNN-in qurucusu vəfat etdi
-
Azərbaycanda ən sürətli yol bura oldu - 130km/saat
-
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yaydı
-
Ukrayna Rusiyanın 9 May paradı atəşkəsini qəbul etmir
-
Elektron satınalmaların dəyəri 9% - dən çox artıb
-
Pis çıxmasın, biədəb nə etmişik ki?
-
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndəriləcək
-
Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs TUTULDU
-
"Mən bu qıza ZÜLM ETDİM"
-
Bunu etsəz 200 manatadək CƏRİMƏLƏNƏCƏKSİNİZ
-
76 yaşlı Kadir İnanırın son halı kədərləndirdi - FOTO
-
ABŞ gəmilərinə təhdid olarsa, cavab qaçılmazdır
-
"102 gün həbs yatdım, bir də qadın paltarı GEYİNMƏYƏCƏYƏM" - VİDEO
-
Baş nazirdən QƏRAR
-
“Real Madrid” daha bir türk ALIR
-
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Asif Nəsirli dəfn edildi - YENİLƏNİB
-
Əməkdar artist üz gərmə əməliyyatından sonra BELƏ OLDU - VİDEO
-
Bitkoinin qiyməti 82.000 min dolları keçib
-
Anasını qətlə yetirən oğul MƏHKƏMƏDƏ
-
"İran ABŞ-ın sülh təklifini nəzərdən keçirir"
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
-
Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK - RƏSMİ





