İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

29 Sentyabr 2017 23:14
0 Şərh     Baxış: 2 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 59,38 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,44 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 58,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 28-də 55,38 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 28-də 58,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.