Uşaq deyəndə adamın gözü qabağına şıltaqlıq edən, tək qayğısı çətin dərs tapşırıqları olan balaca, məsum məxluqlar gəlir. Amma cəmiyyətimizdə fərqli olanlar da var və Milli.Az xəbər portalı bu dəfə həmin o uşaqlardan yazacaq.
İndi bazarda yükdaşıyan, avtobusda konduktor, şadlıq evlərində mələk qiyafəli cocuqlar bazar iqtisadiyyatının bir hissəsinə çevrilib. Onlar da bizlər kimi çalışır, hətta deyərdim, çörəklərini daşdan çıxarırlar. Həyatın ağırlığını onlar kiçik yaşından daşımağa başlayıblar. Məktəb çantası, dərs ləvazimatları, yeni-yeni kitabları onalr televiziyada görürlər. Onlar da böyükləri kimi çörək qazanmaq qayğısı ilə yaşayırlar.
Dünyada 250 milyon uşaq işləməyə məcburdur, bəs Azərbaycanda?
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, indi bütün dünyada 5-14 yaşlı 250 milyondan çox uşaq işləməyə məcburdur. Azərbaycanda isə bununla bağlı statistik göstərici yoxdur. BMT 1989-cu ildə Uşaq Hüquqları üzrə Konvensiya qəbul edib. 2005-ci ildə Azərbaycan da bu konvensiyaya qoşulub.
Əmək Məcəlləsinin 6 maddəsi və 28 bəndi bilavasitə uşaqlara həsr olunub. 38-ci fəsildə isə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri tənzimlənir. Əmək Məcəlləsinin 249-cu maddəsində də deyilir ki, yaşı 15-dən az olan şəxslərin bir qayda olaraq işə qəbul edilməsi yolverilməzdir.
Hazırda Azərbaycanda 2 milyon 21 min uşaq var. Uşaqların sosial müdafiəsi iıə bağlı məsələyə parlamentin ötən sessiyalarından birində də toxunulub. Uşaqların işə cəlb edilməsi ilə bağlı Əmək Məcəlləsinə müvafiq düzəliş edilməsi də köklü dəyişikliyə səbəb olmayıb. Paytaxtda keçirdiyimiz kiçik bir reyddə də bunu əyanı gördük.
"Yaş dəsmal satırdım, gördüm risklidir, konduktor oldum"
3-cü mikrorayon dairəsindəki dayanacaqda konduktor uşaqlar əvvəl bəs deyincə idi. Yəni, 3-4 il əvvəl. Amma daha sonra balacalara iqtisadyyatın digər sahələri də "qucaq açdığından" nəqliyyatda uşaq əməyinin istismarı nisbətən arxa plana keçdi. Amma hələ konduktorluqdan vaz keçməyənlər də var. Xatırladaq ki, nəqliyyatda "carçı" adlandırılanlarla avtobusun içində pul yığan balacaların funksiyaları da, qazancları da fərqlidir. Sonuncular bir növ sürücünün yardımçısıdır. Son bir ildə həyata keçirilən dəyişikliklərə görə, onlar çox zaman dayanacaqlarda müştəri səsləyə bilmirlər. Hər marşrutun öz carçısı var. Buna görə də müvafiq xətt üzrə işləyən bütün marşrut sürücüləri "carçı"ya gündə 20 qəpik verirlər ki, bu da gün ərzində 2-3 manatlıq qazanc deməkdir. Amma avtobus sürücüsünün "özəl köməkçisi" statusunda olan uşaqların işi nisbətən ağırdır.
12 yaşlı Nazim 1 ildir ki, konduktorluğa başlayıb. Ondan əvvəl küçədə yaş dəsmal satırmış. Dediyinə görə, bu, çox riskli iş idi. Cavan oğlanlar bəzən aldıqları dəsmalın pulunu verməyib qaçır, onu dolayır, polislərlə zaman-zaman problemlər yaşayırdı: "Bir dəfə polis dalımca düşəndə elə bərk yıxıldım ki, ayağım burxuldu, sonra da şişdi. Bir neçə gün evdə yatdım, heç yeriyə bilmədim".
Nazim bu hadisədən sonra qərar verib ki, işini dəyişsin. Anası qonşularının oğlu olan avtobus sürücüsündən xahiş edib, o da razılaşıb: "Avtobus xəttə səhər saat 6-dan çıxır. Amma mən o saatda yuxudan dura bilmirəm. 7-8-in yarısına ancaq çatıram işə. Həmin vaxtdan axşam 9-a qədər işləyirəm. Günə bəzən 2, işimiz yaxşı gedəndə isə 3 manat qazanıram".
"Konduktor olmaq istəyirsənsə, gərək diribaş, şirindil və əli təmiz olasan"
Müsahibim deyir ki, anası kafedə qabyuyan işləyir, özündən kiçik bir bacısı, bir qardaşı var. Atası bir neçə il əvvəl işləmək adı ilə Rusiyaya gedib: "Sonradan orda işləyən qohumlar dedilər ki, atam evlənib. O vaxta qədər bir az pul göndərirdi. Amma evlənmə xəbəri çıxandan sonra pulun da arası kəsildi. Anam da, mən də işləməyə başladıq".
Nazim üçün məktəb o vaxtdan röya olub. Dediyinə görə, onsuz da həmin vaxta qədər hər həftə müxtəlif bəhanələrlə pul yığırdılar: "Biz də imkansızlıqdan pulu gah verirdik, gah da yox. Amma imkanımız pisləşdi, anam da razılaşdı ki, məktəbə getməyim. Getsəydim də, pul verə bimədiyim üçün əvvəl-axır qovacaqdılar".
Konduktor Nazim düşünür ki, bu iş üçün lazım olan ən vacib keyfiyyət diribaşlıq, şirin dilli və əli təmiz olmaqdır. Neyçün ki, bunlardan hansısa biri olmasa, gec-tez işi itirməli olacaqsan: "Sərnişinlər böyük pul verəndə, onun qalığını tez, həm də düz hesablayıb, qaytarmalısan. Çünki arxada maşınlar olur, gecikəndə onlar siqnal verməyə başlayırlar. Müştəri ilə kobud danışsan, səndən sürücüyə şikayət edirlər. Məcbursan nə deyirlərsə, "hə" deyəsən. Bir də ki, indi sürücülər əli təmiz uşaqlarla işləyirlər. Məndən qabaq bu avtobusda biri işləyib, şofer deyir ki, hər "abarot"da ən azı 1 manat cibinə aşırırmış. Axırda bir gün görüb ki, hesab düz çıxmır, uşağın ciblərini yoxlayıb. Onda başa düşüb ki, aldadır".
"Ən böyük arzum avtobus sürücüsü olmaqdır"
Nazimin bu işdə ən çox xoşlamadığı şey böyüklərin ona yeri gəldi-gəlmədi nəsihət verməsidir. Müsahibim deyir ki, hər gün - "niyə məktəbə getmirsən?" sualını eşidir.
"Verdiyim cavab onları maraqlandırmır. Elə-belə, soruşurlar. Mən də çox vaxt cavab vermirəm. Onda da adımı qoyurlar tərbiyəsiz. Mən niyə hamıya danışmalıyam ki, atam bizi atıb, anam qabyuyan işləyib?"
Bu arada balaca işbaz etiraf edir ki, bu işə başlayandan bir az kobudlaşıb. Hətta anası onun danışığına irad da tutmağa başlayıb. Bütün gün sürücülər arasında olan Nazimin onların jarqonu ilə danışması da tamamilə təbii görünür.
Maraqlıdır, görəsən, Nazimin ən böyük arzusu nədir?
"İstəyirəm, böyüyəndə avtobus sürüm. Amma mən yanımda konduktor saxlamayacam. Saxlasam da, daha çox pul verəcəm".
Bazar işbazlari
Amma Nazim tək deyil. Onun kimi uşaq yaşında pul qazanmaq qayğısı ilə yaşayan Qasım da "Yaşıl bazar"da çörək satır. Daha dəqiq desək, çörək sexində bişirilən çörəyi qutuya yığıb bazar boyunca dolaşaraq satır. Günə isə 4-5 manat qazanır. 14 yaşlı Qasım hərdənbir məktəbə gedir. Dərslərini yaxşı oxumasa da, attestat almaq istəyir. Hesab edir ki, qazandığı pulun köməyi ilə bunu edə biləcək. Ondan sonra da hansısa peşə məktəbinə və ya texnikuma daxil olsa, bəsidir: "Ömürlük burda işləməyəcəm. Qazandığım pulla özümə paltar alıram, evə hərdən ərzaq alıram. Artıq pul qalanda isə atama verirəm. Atam da ustadır. Hərdən işi olur, hərdənsə yox. Amma mənim hər gün işim olur. Buna görə də evimizə hər gün çörək girir".
Qasım bizi bazarda özü kimi işləyən uşaqlarla tanış edir. Onlar yük daşıyır, soğan, kartof təmizləyir. Bazarların topdan satış məntəqələrində uşaq əməyindən maksimum istifadə olunur. Ən "mədəni" halda balacalar bazardakı alıcıların ağır çantalarını maşına qədər daşıyıb, 50 qəpik-1 manat qazanır. Amma bununla qane olmayanlar çiyinlərini ağır yükün altına verirlər. Bu iş üçünsə qazanc nisbətən çoxdur. Günə 5 manat qazananlar belə olur.
Soğan-kartof təmizləmə işi də topdan satış məntəqələrində olur. Balacaları soğan-kartof seçmə işinə cəlb edirlər, onlar da təmizləri çürüklərdən ayırır, ayrı torbalara yığırlar. Bu, az-çox zəhmətsiz iş sayılır, elə qazancı da buna uyğundur. 16 yaşlı Tofiq bu işlə məşğuldur. Deyir, əvvəl yük daşıyırmış, sonra belində ağrılar başlayıb deyə anası yük daşımasına icazə verməyib. Keçib kartof-soğan seçməyə: "Gündə 3 manat qazana bilirəm. Az pul deyil. "Obed"i də bir bulka, dovğa ilə ötüşdürəndə evə hər gün 2 manat 50 qəpik apara bilirəm. Məni burda incidən yoxdu, hərdən pulumu saxlayırlar, amma bir gündən sonra iki günlük qazancı birdən verirlər. Heç məni aldadan olmayıb. Bilirlər ki, aldatsalar, bazarın müdirinə xəbər verəcəm (gülür)".
"Mələk"lər toya enir?
Şadlıq evlərinin sürətli artımı və rəqabət uşaq əməyinin yeni növünü meydana çıxardı. Söhbət təbii ki, toylarda işlədilən "balaca mələk"lərdən gedir. Bəylə-gəlini toy zalına qədər müşayiət edən, onların başına ləçəklər yağdıran, kiçik rəqs nömrəsi ifa edən 5-6 yaşlı qız uşaqlarından danışırıq. Bu günə qədər onların fəaliyyəti barədə dəfələrlə, hətta Milli Məclis tribunalarından etiraz nitqləri söylənsə də, nə bədii qrup rəhbərləri bu işdən əl çəkir, nə də restoran sahibləri.
Toyun təşkili ilə məşğul olan firmalar bəylə-gəlinə bu təklifi edir. Onlar da razılıq verdikdən sonra uşaq rəqs qrupları rəhbərləri ilə sövdələşmə aparılır və uşaqlar məclisə çağırılır. Nəticədə isə qışın ayazında, yayın cəhənnəm istisində kiçik uşaqlar səhnəyə çıxıb, ən yaxşı halda 5, ümumən isə 4 manat qarşılığında "mələklik" edirlər. Qrup rəhbərləri bu işə görə cütlükdən 100 manat alır, bunu uşaqlar arasında 4-5 manat məbləğində paylaşdırır, yerdə qalan pulu isə onların kostyumu, dekorasiya, ləçək alınmasına sərf edir. Əslindəsə növbəti dəfə uşaq əməyi istismar olunur.
Bütün bunlar cəmiyyət reallığıdır. Biz uşaqlar üçün yeni "iş yerləri" açmağa davam etməkdəyik. Onların hələ də uşaq olduğunu unudaraq...
Sara
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Uşaqlar üçün iş yerləri: haralardır və qazancı nə qədərdir?
2 Mart 2011 09:00
Baxış: 30 165

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranlı narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanıldı - FOTO
-
Trampdan ŞOK ÇAĞIRIŞ: "Hamı Tehranı dərhal tərk etsin!"
-
Yəhudiləri azad edən iranlı - 2500 il öncə bir iranlı “Mesih” idi – Bəs indi nə dəyişdi?
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
İsrail dediyini etdi - İran televiziyası canlı yayımda belə vuruldu - Ölənlər var - VİDEO
-
Azərbaycanda 3 valyuta bahalaşdı - RƏSMİ
-
Aysunun onu qucaqlamaq istəyən kişiyə reaksiyası GÜNDƏM OLDU - VİDEO
-
İyunun sonu 3 bürc həyatının şokunu yaşayacaq
-
"Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir
-
“İkisini də bağışladım”
-
Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş
-
Yay gələn kimi ağcaqanad dərdi də gəlir
-
30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları
-
Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
-
Rusiyada şagirdlərinə açıq-saçıq şəkillərini göndərən müəllimə həbs edildi - FOTO
-
Allergiyası olan uşağa antibiotik verilməməlidir
-
Osimhen üçün 50 milyon avroluq təklif
-
Günün qoroskopu: Sən tək deyilsən
-
"Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli
-
İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib - FOTO
-
Sərnişin təyyarəsi İran üzərində radardan itdi
-
İran yaxın saatlarda İsrailə cavab verəcək
-
Misir Mərdanov bu məşhurun ad günündə belə rəqs etdi - VİDEO
-
İsrail-İran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər - VİDEO