"Anam üçün!" kampaniyasının uğuru Azərbaycana səs saldı!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış "Təşəkkürlər Ana!" kampaniyasının təşkilatçısı olan Procter & Gamble şirkəti bu dəfə Azərbaycanda Bakı 2015 Avropa Oyunları ilə tərəfdaşlığına həsr olunmuş "Anam üçün!" aksiyasını həyata keçirir. Aksiya çərçivəsində Azərbaycan istehlakçılarına P&G məhsulları ilə bağlı bir çox xoş an yaşamaq şansı veriləcək. Ən əsası isə bu kampaniya bizə öz analarımız üçün bizi böyüdüb başa çatdırdıqlarına, ömür boyu bizə bəxş etdikləri zəhmət və sevgilərinə görə təşəkkürümüzü bildirməyə imkan verib. Kampaniya Bakı 2015 Avropa Oyunlarına qədər davam edəcək. Bununla bağlı çəkilmiş video çarx isə artıq bir çoxumuzun qəlbini fəth etdi.
https://www.yout
Qarşıda bizi bu kampaniya ilə bağlı bir çox maraqlı sürprizlər gözləyir. İzlədiyiniz analara və idmançılarımıza həsr olunmuş video çarx sürprizlərdən biridir. Bu videoda Azərbaycan Milli Volleybol yığmasının üzvü Ayşən Abduləzimova və Dünya və Avropa çempionu olan güləşçimiz Rövşən Bayramov qarşıdan gələn Bakı 2015 Avropa Oyunları zamanı, ilk növbədə, məhz anaları üçün yarışacaqlarını vurğulayır. Eyni zamanda, bizlərə də "Anam üçün!" kampaniyasına qoşulmaq şansı verilir.
Hər zaman idman və idmançıların tərəfdaşı olan Procter & Gamble şirkəti (P&G) bu dəfə də öz istehlakçılarını öz məhsulları vasitəsilə sevindirib. İndi hər kəs mağazalardan P&G məhsulu almaqla minlərlə hədiyyələrdən birinə sahib olmaq şansını əldə edə bilər. Hədiyyələr isə paltaryuyan və qabyuyan maşınlar, Bakı 2015 Avropa Oyunlarına biletlər və həmçinin müxtəlif xatirə suvenirlərindən ibarətdir.
https://www.yout
Lotereyaya qoşulmaq üçün "2030" qısa nömrəsinə pulsuz mesaj vasitəsilə aldığınız P&G məhsulunun barkod nömrəsini göndərmək kifayətdir. Lotereya və ümumi kampaniya haqqında dəqiq məlumatları 088-440-00-00 pulsuz qaynar xəttindən, www.anamucun.az saytından və ya "Procter & Gamble Azərbaycan" Facebook səhifəsindən əldə edə bilərsiniz. Artıq P&G məhsullarını təkcə adi marketlərdən yox, həmçinin www.besmart.az saytından da almaq olar. Beləliklə, bu gündən etibarən biz ailələrimizi və həmçinin analarımızı P&G-dən qazanacağımız hədiyyələrlə sevindirə bilərik.
Əlavə məlumat üçün bildirmək istərdik ki, Bakı 2015 Avropa Oyunlarına biletlər www.baku2015.com saytından əldə oluna bilər. Sizi maraqlandıran məlumat sual-cavab formatında Biletlər bölməsində yerləşdirilib. Oyunların ailəvi izlənilməsi üçün isə 16 yaşa qədər olan uşaqlar üçün biletlər pulsuz olacaq.
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
XƏBƏR LENTİ
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı





