Azərbaycanda əhalinin mənzil probleminin həll edilməsi ilə bağlı yeni təklif irəli sürülüb.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, dövlət təşkilatlarına, komitələrə və yaxud şəxsi iş adamlarına dövlət tərəfindən güzəştlər verilə bilər ki, onlar da öz işçiləri üçün sosial mənzillər tikə bilsinlər.
M.Quliyev qeyd edib ki, burada vergi güzəştləri, sənədləşdirmə və s. məsələlərdə güzəştlər tətbiq edilə bilər.
Millət vəkili hesab edir ki, bu yolla mənzil məsələsini daha səmərəli şəkildə həll etmək olar: "Yoxsa təkcə dövlətin ayırdığı ipoteka kreditləri ilə bu böyük problemi həll etmək mümkün olmayacaq. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Bəlkə də yaxşı olardı ki, mənzil təminatı ilə bağlı bir dövlət proqramı qəbul olunsun və orada hər kəsin vəzifələri, səlahiyyətləri qoyulsun".
M.Quliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Məclisə təqdim etdiyi hesabatda güzəştli ipoteka krediti üzrə gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğin minimuma endirilməsi və ya ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifi məqsədəuyğun hesab edir.
Millət vəkili hesab edir ki, təkcə gənc ailələr üçün deyil, ümumiyyətlə, güzəştli kateqoriyalarda ilkin məbləğ ya minimum olmalı, ya da heç olmamalıdır: "Çünki ipoteka ilə verilən mənzillər elədir ki, kredit tam ödənilməmiş ev vətəndaşın şəxsi mülkiyyətinə çevrilmir. Yəni ödənişdə hər hansı bir problem yarandığı halda, istənilən vaxt məhkəmə qaydası ilə mənzili geri qaytarmaq olar. Ona görə də həmin mənzillər üçün əvvəlcədən hər hansı ödənişin olub-olmaması o qədər də böyük təminat deyil".
Ombudsmanın ipoteka kreditinin məbləğinin artırılması təklifinə gəlincə, M.Quliyev bunun üzərində düşünmək lazım olduğunu bildirib: "Kreditin məbləğinin artırılması ilə bağlı da düşünmək olar. Amma kreditin məbləği artanda ümumi məbləğ də artacaq. Onda gərək ya verilən kreditlərin sayı azalsın, ya da gərək ipoteka üçün ayrılan ümumi vəsaitin məbləği artırılsın. İstənilən halda büdcəni nəzərə almaq lazımdır, yəni bu, dövlət büdcəsindən ayrılan vəsaitdir və ona görə də dövlət büdcəsindən nə qədər vəsaitin ayrıla biləcəyini də nəzərə almaq lazımdır. Digər tərəfdən, kreditin məbləği artırılarsa, kredit almaq şansı olan adamların sayı azala bilər ki, bu da o qədər məqsədəuyğun deyil".
Milli.Az
İqtisadiyyat
Mənzil probleminin həll edilməsi ilə bağlı yeni təklif
27 Fevral 2015 14:47
2 Şərh
Baxış: 5 815
DİGƏR XƏBƏRLƏR
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı
- Ölkə ərazisində qeyri-sabit hava şəraitinin taxıl sahələrinə vurduğu ziyan açıqlanıb
- Bu şəxslərin vəzifə maaşlarındakı əlavələrdə - Məhdudiyyətlər aradan qaldırıldı
- Pensiya və minimum əməkhaqqı artırılacaq? - AÇIQLAMA
- Paşa Bankın Şuşada filialı açılacaq - YENİLƏNİB - FOTO
XƏBƏR LENTİ
- İranda mədən çöküb, ölən və yaralananlar var
- Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Taksi sürücüləri imtahan verəcək - RƏSMİ
- "Sülh göyərçinləri" konserti keçiriləcək
- Odet Esembe Enqulu Milli Gimnastika Arenasında - FOTO
- Valideynlərin nəzərinə!
- Nadir Qafarzadə xanımı ilə - FOTO
- Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
- Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
- Nazir Fariz Şirinova yüksək vəzifə verdi
- Ordumuzda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir
- Müharibə veteranları üçün yeni güzəşt
- “Mənim üçün qız tapıb evlənmək “iki vur ikidir””
- Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama
- Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
- Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnaməyə dəyişiklik edilib
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- Ceyhun Bayramov Pakistan Senatının sədrini COP29-la bağlı məlumatlandırdı - FOTO
- "Pərviz deyib ki, Türkana söz atan qarşısında məni görəcək" - VİDEO
- Asif Şirəliyev Paris-2024-də hakimlik edəcək – SON DƏQİQƏ
- “Neftçi” Bojoviçə görə cərimələndi
- Tuba Ünsal xəstəxanaya yerləşdirildi - FOTO
- Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı