Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər və bu səmərəli əməkdaşlıq hər üç ölkənin xeyrinədir.
Bunu cümə axşamı Trend-ə Bakıda səfərdə olan İranın Gilan əyalətinin Ticarət-Sənaye Palatasının sədri Hadi Tizhuş Taban deyib.
H.T.Taban bildirib ki, hazırda Azərbaycan və İran tacirlərinin Rusiya ilə biznes əlaqələri yaxşı səviyyədədir, lakin hər iki ölkədə Rusiya ilə ticari əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur: "İran və Azərbaycanın iş adamları və tacirləri arasında ticari əlaqələr daha da yaxşılaşdırılarsa, hər iki ölkə Rusiyaya ixracat və idxalatla bağlı daha sıx əməkdaşlıq edə bilər".
O, əlavə edib ki, Azərbaycan Şimal-Cənub və TRACEKA dəhlizlərinin üzərində yerləşir. "Bu dəhlizlər vasitəsi ilə yüklərin daşınma xərcləri və zamanı azalır, eləcə də yüklərin bu dəhlizlər vasitəsi ilə tranzitini daha əlverişli edir. Fars körfəzi, Asiya və Avropa ölkələrinə tranzit olunan yüklər hər iki ölkə üçün əlavə dəyərin artmasına səbəb olur".
H.T.Tabanın sözlərinə görə, İran kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində geniş potensiala malikdir: "Rusiyanın kənd təsərrüfatı məhsullarına tələbatı çoxdur. Bu baxımdan, azərbaycanlı tacirlər vasitəsilə Rusiyaya aparılan İran məhsullarının həcmi daha da artırıla bilər. Hazırda ticari əlaqələr var, lakin bu, qənaətbəxş deyil".
Tizhuş Taban deyib ki, Azərbaycan və İran iş adamları birgə müəssisələr yaratmaqla Rusiyaya məhsullar ixrac edə bilərlər. "İki ölkənin tacirlərinin birlik yaratması və məhsulların Rusiyaya daha rahat və tez ixrac edilməsi, gömrük sənədləşdirilmələrinin asanlaşdırılması, vergi və gömrük xərclərinin azaldılması ilə bağlı addımlar aılması lazımdır".
Milli.Az
İqtisadiyyat
Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər
25 Sentyabr 2014 14:14
Baxış: 863
DİGƏR XƏBƏRLƏR
- Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
- “Kapital Bank” mətbuat konfransı keçirdi
- Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
- AZPROMO və Rusiyanın Azərbaycandakı Ticari Nümayəndəliyi Kazanda "dəyirmi masa" keçirəcək
- Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi
- Azərbaycan nefti bahalaşdı
XƏBƏR LENTİ
- Bu 3 sualı kişilərə verməməlisiniz: Münasibətinizi məhv edəcək
- İki il sonra yeni mövsümü çəkiləcək
- İlqarə uzun müddət sonra səhnəyə çıxacaq - FOTO
- Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - VİDEO
- Orqanizmi qalxan kimi qoruyan RESEPT
- Çingiz Mustafayevin ailə qurduğu xanım görün kim imiş - FOTO
- Hizbullah İsrail ordusunun qərargahına hücum etdi
- Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı
- Dünyanın ən gözəl idmançısı geyimi ilə heyran etdi - FOTOlar
- Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
- Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
- Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
- Bu məşhur şirkət Rusiya bazarını tərk edir
- Tiflisdə Rusiya bayrağı yandırıldı
- Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
- Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Rusiyanın bu vilayətində partlayışlar baş verdi
- Ukrayna daha bir Su-25-i məhv etdi
- NTD-İNDİQO bürünc medalçı olub - VİDEO
- Paris Hilton öz yalanını üzə ÇIXARDI – FOTOlar
- Moskvada “Bolşoy Teatr”da həyacanlı anlar: min nəfər təxliyə edildi - VİDEO