"Siz evinizə ən yaxın olan Unibank filialına müraciət edə bilərsiniz". İndi Unibank-a zəng edən müştərilərə bankın ünvanı belə izah edilir. Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən bank istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. Respublikamızın şimalından cənubuna, qərbindən şərqinə Unibank filialları geniş bir coğrafiyada fəaliyyət göstərir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.
Unibank filiaları pərakəndə kreditlərlə yanaşı, kiçik və orta biznesin maliyyələşdirilməsini də həyata keçirir. Bundan başqa, filiallarda fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Real sektora diqqətini günü-gündən artıran Unibank ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filial açıb. "Qara Qarayev" biznes-filialı kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Bankın daha 2 filialı - "Baksovet" və "Dərnəgül" filialları da xidmət təyinatını dəyişərək, bundan sonra yalnız iş adamlarına xidmət göstərəcək. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank - hər kəsin bankı
İqtisadiyyat
Unibank 38 filialı ilə xidmətinizdə
25 Sentyabr 2014 10:56
Baxış: 1 347
DİGƏR XƏBƏRLƏR
- Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
- “Kapital Bank” mətbuat konfransı keçirdi
- Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
- AZPROMO və Rusiyanın Azərbaycandakı Ticari Nümayəndəliyi Kazanda "dəyirmi masa" keçirəcək
- Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi
- Azərbaycan nefti bahalaşdı
XƏBƏR LENTİ
- İki il sonra yeni mövsümü çəkiləcək
- İlqarə uzun müddət sonra səhnəyə çıxacaq - FOTO
- Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - VİDEO
- Orqanizmi qalxan kimi qoruyan RESEPT
- Çingiz Mustafayevin ailə qurduğu xanım görün kim imiş - FOTO
- Hizbullah İsrail ordusunun qərargahına hücum etdi
- Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı
- Dünyanın ən gözəl idmançısı geyimi ilə heyran etdi - FOTOlar
- Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
- Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
- Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
- Bu məşhur şirkət Rusiya bazarını tərk edir
- Tiflisdə Rusiya bayrağı yandırıldı
- Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
- Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Rusiyanın bu vilayətində partlayışlar baş verdi
- Ukrayna daha bir Su-25-i məhv etdi
- NTD-İNDİQO bürünc medalçı olub - VİDEO
- Paris Hilton öz yalanını üzə ÇIXARDI – FOTOlar
- Moskvada “Bolşoy Teatr”da həyacanlı anlar: min nəfər təxliyə edildi - VİDEO
- Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - VİDEO