İqtisadiyyat

Virus Zərdaba da çatdı

27 Avqust 2014 14:12
0 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zərdabda 3 heyvan virusdan ölüb.

Milli.Az EL TV-yə istinadən bildirir ki, Mərkəzi Aran bölgəsində iribuynuzlu heyvanlar arasında yayılan virus xəstəliyi Zərdab rayonuna da ziyan vurub. Rayonun 42 kəndindən 6-da indiyədək 60 iribuynuzlu heyvanda "Nodulyar dermatit" virusuna rast gəlinib. Həmin heyvanlardan 3-ü tələf olub, 37-si sağalıb, 20-si müalicə olunur. Rayon Baytarlıq İdarəsinin rəisi Mənsim Pənahov bildirib ki, xəstəliyin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilir. Rayonda  ət kəsimi  xüsusilə  nəzarətə götürülüb. Satışa çıxarılan bütün heyvanlar yoxlamadan keçirilir. Təsərrüfatlar dezinfeksiya olunur.

Xatırladaq ki,  Zərdab rayonunda  53  min iribuynuzlu, 204 min xirdabuynuzlu heyvan var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.