Port rayonu, yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarətdir. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır, onlardan sonra yerləşən və 32-dən 45-ə kimi mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq "tamamlayacaqdır". Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq meydanının panoramasına həyəcanlandırıcı görüntü verəcəkdir.
Müfəssəl düşünülmüş infrastruktur, məktəblər, parklar, meydançalar və piyada keçidləri ilə yanaşı, Neftçilər prospektinin uzadılması və müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların və piyada keçidlərinin salınması insanların komfort hərəkətini və yeni ofis binalarına, otel və yaşayış komplekslərinə rahat girişini təmin edəcəkdir.
Sahil zolağının unikal hissəsində yerləşməsi və binaların müfəssəl düşünülmüş yerləşmə planı Port rayonunun Bakı buxtasının daha bir arxitektura incisinə çevriləcəyindən xəbər verir.
Hazırda Bakı Ağ Şəhər layihəsinin Yaşıl Ada rayonunun və Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar - Bakı Ağ Şəhər-in mərkəzi rayonu olan Fontanlar Meydanı və podiumlarda, Nizami parkından yuxarıda yerləşən və bu səbəbdən sahilyanı bulvara gözəl mənzərəsı açılan 7 - 19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.
Baki Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilir.
Böyütmək üçün şəkillərə klikləyin.





