İqtisadiyyat

Bank əməkdaşlarına bədbin proqnoz - işinizi itirə bilərsiniz

27 Fevral 2025 08:37
Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünyada banklar süni intellektin (Sİ) tətbiqi fonunda işçilərini ixtisar etməyə başlayır.

Milli.Az report-a istinadən xəbər verir ki, Sinqapurun DBS bankı Sİ səbəbindən iş yerlərində əhəmiyyətli ixtisarlar elan edən ilk böyük Asiya bankı olub. DBS-in baş direktoru Piyuş Qupta bildirib ki, yaxın üç il ərzində bankın işçi heyəti 10 % azalacaq.

Bənzər tədbirlər barədə İtaliyanın "Intesa Sanpaolo" bankı da məlumat verib. Analitiklərin proqnozlarına görə, Sİ-nin bank sektorundakı əmək bazarına təsiri yalnız güclənəcək. Növbəti beş il ərzində 200 minə qədər insan süni intellektlə əvəzlənəcək.

İxtisarlara baxmayaraq, bank sektorunda Sİ ilə işləmək üçün yeni iş yerləri də yaranır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.