ITFC Azərbaycanda yeni əməkdaşlıqlara can atır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda 10-a yaxın bank və maliyyə institutu ilə maliyyələşmə xətlərinin yaradılması üçün əməkdaşlıq etməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ITFC-nin baş əməliyyat direktoru Nazim Nurdəli deyib.
"ITFC iki əsas sahəyə diqqət yetirir: ticarətin maliyyələşdirilməsi və ticarətin inkişafı. Mərkəzi Asiya və Azərbaycanı əhatə edən TCCA+ proqramı ticarət və biznesin inkişafına kömək etmək məqsədi daşıyır. Ticarətin maliyyələşdirilməsi sahəsində bizim regionda mövcudluğumuz çox əhəmiyyətlidir və Azərbaycandan kənara da yayılır", - deyə o qeyd edib.
N.Nurdəli vurğulayıb ki, ITFC Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrdə ticarətin maliyyələşdirilməsi ilə fəal məşğul olur:
"Ötən ildən biz Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə səylərimizi gücləndirmişik. Əvvəllər, 2009-2014-cü illər arasında bir çox əməliyyatlar apardıq. Azərbaycanda əsas müdaxiləmiz yerli banklara maliyyə xətləri təqdim etmək, onların kiçik və orta sahibkarlığa (KOS) resurslarımıza çıxışına dəstək olmaqdır".
Baş əməliyyat direktoru həmçinin qeyd edib ki, ITFC Özbəkistanda 12 bankla əməkdaşlıq edərək güclü əlaqələr qurub.
"Biz hazırda analoji modeli Tacikistan, Qırğızıstan və Azərbaycanda tətbiq edirik. Özbəkistandakı tərəfdaşlığımız 2018-ci ildə bir bankla başlayıb və bu müddət ərzində 12 banka qədər genişlənib. Biz maliyyə xətti yaratmaq üçün 10-a yaxın bank və maliyyə institutu ilə əməkdaşlıq etməyi planlaşdıraraq bu uğuru Azərbaycanda da təkrarlamağı hədəfləyirik.
Azərbaycanda əsas diqqətimiz vasitəçi kimi yerli banklar vasitəsilə maliyyələşdirmənin təmin edilməsinə yönələcək. Biz idxal-ixrac fəaliyyətləri üçün 20 milyon ABŞ dolları ilə 30 milyon ABŞ dolları arasında maliyyə xətti təmin etmək niyyətindəyik, sonra bu banklar tərəfindən onların əsas KOS müştərilərinə paylanacaq. Bu yanaşma özəl sektorun mühüm rol oynadığı Azərbaycanın dinamik iqtisadiyyatına uyğundur", - deyə o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?





