Kapital Bank-ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 8-də ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib. Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluq etdiyi forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına dəstək olmaq, eləcə də bu prosesin təşviqinə dəstək istiqamətində faydalı platforma olaraq fəaliyyət göstərməkdir.
Forumda Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə "Tədqiqatdan inkişafa gedən yol" adlı paneldə spiker qismində çıxışı zamanı qeyd edib: "Kapital Bank olaraq universitet-sənaye tərəfdaşlığına verdiyimiz dəstək gənc mütəxəssislərin bilik və bacarıqlarının praktiki mühitdə inkişafına yönəlib. Bu əməkdaşlıq vasitəsilə ölkəmizin iqtisadiyyatına töhfə verəcək peşəkarların yetişdirilməsinə daim şərait yaradırıq. Biz bu tərəfdaşlığı davamlı inkişafın əsas sütunlarından biri kimi görür və bu sahədəki təşəbbüsləri dəstəkləyirik". Panel çərçivəsində beynəlxalq reytinqlərdə universitetlərin mövqeyinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, innovasiya və tədqiqat mərkəzlərinin yaradılması və bu sahədə strateji tərəfdaşlıqların rolu müzakirə olunub.
Qeyd edək ki, forum çərçivəsində digər önəmli panellərdən biri "Biliyi dəyərə çevirən sinerji" paneli olub. Burada təhsilin iqtisadiyyata inteqrasiyası mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb. "Gələcəyi gənclərə necə hazırlamalı?" adlı digər paneldə isə gənc nəslin təhsilə hazırlığı və onların gələcək inkişafına dəstək yolları müzakirə olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)





