İqtisadiyyat

“Bakı Sığorta”nın lisenziyası məhdudlaşdırıldı

26 Sentyabr 2024 12:43
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı Bakı Sığorta ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Milli.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.