İqtisadiyyat

Ev tikmək istəyənlərə PİS XƏBƏR - Bu tikinti materialları kəskin bahalaşdı

10 Avqust 2024 18:53
Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda tikinti bazarında bir çox materialların qiymətində bahalaşma müşahidə olunur. İlin əvvəlindən fərqli olaraq, qiymət artımı yay dövründə daha çox nəzərə çarpır. Ən çox bahalaşma kosmetik tikinti materiallarında (divar kağızı, müxtəlif boyalar, aqlay və s.) özünü göstərir. Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs görəsən, tikinti materiallarında nəzərə çarpan qiymət artımının başlıca səbəbləri nədir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bahalığın səbəbi idxal və istehsal zamanı çəkilən xərclərin artımı ilə bağlıdır:

"Ümumiyyətlə bildiyiniz kimi, hər hansı bir xidmətin yekun qiyməti onun ərsəyə gəlməsində çəkilən xərclərin miqdarından asılıdır. Həmin məhsulun riyalizə edilməsində çəkilən xərclər çoxdursa, deməli yekun qiymət də ona uyğun və müvafiq olaraq yüksək olur. Son dövrlərdə həm daxili, həm də xarici faktorlara əsasən qiymətlərdə oynamalar müşahidə olunur. İstehsal olunan inşaat materialı yerli məhsuldursa, təbii ki, onların hamısının xam malı Azərbaycanda əldə olunmur. Kənardan gətirilir və idxal olunur. İdxal zamanı da qiymətlərdə müəyyən bahalaşmalar müşahidə olunur. Onun daşınmasında, saxlanmasında xeyli xərclər çəkilir".  turbo az mercedes

Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, bu tikinti materiallarının qiymətinə də təsir edər:

"Son vaxtlar məlum olduğu kimi yanacaq qiymətlərində də artım müşahidə olunmağa başladı. Bütün bunlar xaricdən gətirilən materiallara da şamil olunur. Post-pandemiya dönəmində bir çox yeni lisenziyalar, icazələr və yükdaşımalarında qiymət fərqləri meydana çıxdı. Bunların hər biri yekun məhsulun qiymətinə təsir göstərməyə başladı. Çəkilən xərclər yüksəldiyinə görə bu birmənalı şəkildə bütün məhsul siniflərində davam edir. Əgər ölkə daxilində biz buna düzgün şəkildə yanaşsaq, bu qiymətlərdə bahalaşmalar müşahidə olunmayacaq. Məsələn, istər hava, istər quru, istərsə də su yolu ilə daşınmaların qiymətləri ucuzlaşarsa, qiymət artımının qarşısı alına bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.