Dövriyyəyə buraxılacaq elektron pullar bizə nə verəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq.
Buraxılacaq elektron pulların vətəndaşlarımız üçün hansı faydaları olacaq?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, elektron pullar itirilmə, aşınma, saxlanma riskləri kimi problemləri aradan qaldırır.
"Bu baxımdan, ənənəvi valyutaya nisbətdə daha avantajlıdır. Ən əsas üstünlüyü daha çevik və mövcud rəqəmsal proqramlar üzərindən ödənişlərin həyata keçirilməsi kimi imkanlar yaratmasıdır. Artıq dünya ölkələri elektron pula keçir.
"Coin"lər də elektron pulun bir formatıdır. Artıq bir sıra mərkəzi banklar elektron pulların dövriyyəsinin genişləndirilməsi siyasətini aparır. Həmçinin, Mərkəzi Bank da bu təşəbbüsü gücləndirib. Məsələ daha çevik, az xərclə və təhlükəsiz vasitələr üzərindən ödəniş əməliyyatlarının keçirilməsinin təmin edilməsidir ki burada da üsullardan biri elektron üsuldur.
Bu, gələcəyin tələbidir və bu sahəyə tələb artacaq. Xüsusilə fintekslər bu istiqamətdə daha çox təşəbbüskar olacaq".
İqtisadçı ekspert Toğrul Novruzlu isə bildirib ki, elektron pullar məlumatın şifrələnməsi və digər təhlükəsizlik tədbirləri ilə mühafizə ediləcək:
"Bu, pulların qeyri-mümkün olaraq əhatələnməsinin qarşısını almaq üçün əhəmiyyətli bir məsələdir.
"Elektron pullar istifadəçilərə istədikləri an və hər hansı bir yerdə elektron cihazlar vasitəsilə istifadə etmək imkanı verir. Buna görə də əlçatanlıq və rahatlıq təmin edir. Bundan başqa, pulların istifadə tarixini, məbləğini, istifadə edənin məlumatlarını və s. saxlamaq və izləmək üçün asan və effektiv xidməti təmin edir. Maliyyə birləşmələri və ödəmələr proseslərin effektivliyini artırır. Banklar, ticarət və digər maliyyə təşkilatları üçün də bu, çox əhəmiyyətlidir".
Ekspert bildirib ki, bununla pulların necə istifadə olunduğu haqqında ətraflı məlumatlar toplamağa imkan olur.
"Bu məlumatlar maliyyə və iqtisadiyyat siyasətlərinə yönəlik qərarlar verilməsində yardımçı olur. Belə səbəblərdən dolayı Azərbaycanda dövriyyəyə buraxılacaq elektron pulların üstünlükləri olacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Arda Gülerin fiziki dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb





