ABB-nin səhmlərinə abunə yazılışı başlandı!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11 iyun 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib. "ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!" devizi ilə keçirilən tədbir üçün simvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bank binası kimi tikilmiş, fasadında "Банкъ" sözü olan, 90-cı illərin əvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialının fəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub.
Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi də iştirak edib.
Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.
Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki "İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq".
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)





