Serbiyadan Azərbaycan-Aİ "yaşıl" dəhlizinin yaradılmasına münasibət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Serbiya Azərbaycan-Aİ "yaşıl" dəhlizinin yaradılması təşəbbüsünü diqqətlə izləyir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Serbiya Respublikasının Dağ-Mədən Sənayesi Nazirliyindəki mənbədən bildiriblər.
"Serbiya ötən il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə yeni sualtı kabel vasitəsilə Avropa İttifaqına "yaşıl" enerjinin tədarükü haqqında imzalanmış saziş kimi regionda bazarların qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına və enerji təhlükəsizliyinin artmasına imkan yarada biləcək bütün təşəbbüsləri diqqətlə izləyir", - deyə idarədən bildiriblər.
Mənbə qeyd edib ki, "yaşıl" enerji sahəsində əməkdaşlıq, həmçinin, "təmiz" enerjiyə keçid prosesində əməkdaşlıq, o cümlədən, bərpa olunan enerji mənbələrinə (BEM) investisiyalar və enerji infrastrukturunun inkişafı üçün yeni imkanlar açır.
"Serbiya Aİ-nin karbon neytrallığının əldə edilməsi üzrə yanaşmasına ortaqdır. Strateji sənədlərin hazırlanması və qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə BEM-dən yeni enerji imkanlarının formalaşması üçün şəraitin yaradılması üzərində çalışırıq ki, bu da gələcəkdə enerji müstəqilliyimizə və enerji təhlükəsizliyimizə mühüm töhfə verəcək", - deyə agentliyin müsahibi bildirib.
Mənbə qeyd edib ki, Serbiya, həmçinin, kifayət qədər baza yüklənməsinin təmin edilməsi üçün müxtəlif variantları, o cümlədən, keçid enerji mənbəyi qismində qazdan istifadə edən elektrik stansiyalarının tikintisi imkanını araşdırır.
"Yeni istehsal imkanlarına investisiyalar və enerji səmərəliliynin artırılmasına investisiyalarla yanaşı, tədarüklərin təhlükəsizliyinin artması, yeni BEM imkanlarının inteqrasiyası və regionda elektrik enerjisi bazarının inkişafı üçün həlledici əhəmiyyət kəsb edən Trans-Balkan dəhlizi kimi layihələr vasitəsilə qonşu ölkələr istiqamətində elektrik ötürmə sistemlərinin inşası əsas prioritetdir", - deyə mənbə əlavə edib.
Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neftin qiyməti 90 dolları keçib
-
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlanıb
-
Azərbaycanda ''turizm kəndləri'' yaradılır - (Video)
-
Bakıda bu mənzillərə tələbat artdı - (Video)
-
Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlandı
-
Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi - (Video)
XƏBƏR LENTİ
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub - (Foto)
-
Tramp: ABŞ İranın hücumlarına cavab verəcək
-
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm oxundu
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)





