COP29 QHT-lər üçün geniş əməkdaşlıq imkanları açır - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizə strategiyasını nümayiş etdirir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunur ki, Azərbaycan ekoloji problemlərin həllinə, ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir, bu istiqamətdə davamlı tədbirlər görülür:
"Yaşıl texnologiyalara, innovasiyaların tətbiqinə, enerji səmərəliliyinə və ekoloji cəhətdən təmiz təcrübələrə sərmayə qoyulması və onların təşviqi ətraf mühitin qorunmasına öz töhfəsini verir. Ölkənin istixana qazlarının tullantılarını azaltmaq səyləri, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməsi, azad olunan ərazilərin "yaşıl zona"ya çevirilməsi müsbət addımlar kimi qiymətləndirilə bilər. Azərbaycan emissiya hədəflərini müəyyənləşdirən və davamlı təcrübələri təşviq edən hərtərəfli və möhkəm qanunvericiliyə malikdir.
Beynəlxalq sazişlərdə və əməkdaşlıqlarda fəal iştirak iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə sadiqliyi əks etdirir. Bu baxımdan Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə mühüm töhfə verəcək.
80 minə qədər nümayəndənin iştirak edəcəyi COP29 tədbiri Azərbaycanın ekoloji məsələlərdə əldə etdiyi naliyyətlərin nümayişi ilə yanaşı, Ermənistanın işğal dövründə Qarabağda törətdiyi ekoloji soyqırımla bağlı bütün dünyanı məlumatlandırmaq üçün mühüm formatdır.
Ermənilər 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələrimizi qırıb, nadir və qiymətli ağac növlərini məhv edib, çaylarımızı zərərli tullantılarla çirkləndirib, su anbarlarımızı dağıdıb, biomüxtəlifliyə, təbiət abidələrimizə böyük zərbə vurub. COP29 tədbiri həm də bu həqiqətləri dünyaya yayacaq", - deyə açıqlamada vurğulanır.
"Alternativ" Kommunikasiya və Tədqiqatlar İB hesab edir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP29 Təşkilat Komitəsində təmsil olunması vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakına yol açacaq:
"Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilən çoxsaylı beynəlxalq tədbirləri və ekoloji məsələlərlə bağlı icra edilən uğurlu layihələri nəzərə alsaq, Qeyri-Hökumət Təşkilatları Azərbaycanda keçiriləcək COP29 tədbirinə mühüm töhfə verəcək. Vətəndaş cəmiyyəti üzvlərinin dəstəyilə ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımlar atılacaq, qarşıya qoyulan hədəflərə uğurla nail olunacaq".
Açıqlamada həmçinin deyilir ki, belə bir tədbirdə fəal iştirak etmək Qeyri-Hökumət Təşkilatları üçün geniş əməkdaşlıq imkanları açır:
"Dünyanın hər yerindən ekspertlərin və maraqlı tərəflərin bir araya gəlməsi vətəndaş cəmiyyəti üzvlərinin beynəlxalq əməkdaşlığı inkişaf etdirməsinə, bilik və təcrübə mübadiləsi aparmasına, beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmasına kömək edəcək. Ona görə də, ictimai birliklər bu konfransdan mühüm əməkdaşlıq platforması kimi yararlana biləcəklər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)
-
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı
-
"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"
-
Aparıcı Xəyalə ilə Rilaya qəzaya düşdülər (Video)
-
Vinisius "Real"ın 3 oyunçusunu Braziliyaya aparacaq
-
Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub (Foto)
-
Aysun İsmayılova: "2 aydır çörək yemirəm, 48 kq oldum" (Video)
-
21 yaşlı türk 80 yaşlı italyan sevgilisinə evlilik təklifi etdi (Video)
-
Qazaxda 2 nəfər bıçaqlandı





