"COP29-un Bakıda keçirilməsi ölkəmizin nüfuzunu artıracaq" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COP29-un Azərbaycanda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir.
Mİlli.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür:
"Bu tədbirin ölkəmizdə keçirilməsi bərpaolunan enerji üzrə yeni imkanlar açacaq və bu sahəyə investisiya mühitinə müsbət təsir edəcək. Belə ki, bu sahədə fəaliyyət göstərən böyük şirkətlərin marağı ölkəmizdə olacaq.
Bu da gələcəkdə ölkəmizin "yaşıl enerji" potensialının artmasına və ixracatına böyük təsir edəcək. COP29-un ölkəmizin "yaşıl enerji" siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu istiqamətdə çox sürətli işlər həyata keçirilməkdədir.
Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və "yaşıl enerji"yə keçid əsas istiqamətlərdəndir. Alternativ və bərpa olunan enerjinin istehsal edilən ümumi enerjidə payının 40%-ə qədər artırılması nəzərdə tutulub. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir".
Ekspert bildirib ki, COP29 həm də siyasi hadisədir.
"COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada ölkəmizin nüfuzunu artıracaq", - deyə o qeyd edib.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neftin qiyməti 90 dolları keçib
-
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlanıb
-
Azərbaycanda ''turizm kəndləri'' yaradılır - (Video)
-
Bakıda bu mənzillərə tələbat artdı - (Video)
-
Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlandı
-
Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi - (Video)
XƏBƏR LENTİ
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub - (Foto)
-
Tramp: ABŞ İranın hücumlarına cavab verəcək
-
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm oxundu
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)





