İqtisadiyyat

Azərbaycan ekoloji təhdidlərə qarşı qlobal mübarizədə fəal iştirak edir - Azad Cəfərli

24 Fevral 2024 17:16
Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29-un Azərbaycanda keçirilməsi ölkənin qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli "Dayanıqlı Bağçılıq Sistemləri" sertifikatlaşdırma proqramının Bakı modulunun bağlanışında deyib.

A.Cəfərli vurğulayıb ki, Azərbaycan ekoloji təhdidlərə qarşı qlobal mübarizədə fəal iştirak edir, ətraf mühitin mühafizəsi məsələlərinə, "Ağıllı şəhər", "Ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiqinə xüsusi diqqət yetirir.

Onun fikrincə, bağçılıq sərgiləri də iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verir ki, bu da hökumətin ətraf mühitin mühafizəsi üzrə məqsəd və öhdəliklərinə uyğundur.

"Azərbaycanda kənd təsərrüfatı sektoru fəal inkişaf edir, kənd təsərrüfatının ölkənin ÜDM-də xüsusi çəkisi artır. 2022-ci ildəki 4,8 faizlə müqayisədə, 2023-cü ildə 5,5 faiz təşkil edib",- o əlavə edib.

Qeyd edək ki, ADA Universiteti və Boloniya Universitetinin birgə təqdim etdiyi "Dayanıqlı Bağçılıq Sistemləri" sertifikatlaşdırma proqramının Bakı modulunun bağlanışı çərçivəsində "İtaliya-Azərbaycan Bağçılıq Sərgisi" keçirilib.

ADA Universitetinin təşəbbüsü və İtaliyanın "McFruit" sərgisi, İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) təşkilati dəstəyi ilə ilk dəfə keçirilən sərgidə 20-yə yaxın İtaliya və Azərbaycan şirkəti iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.