Kapital Bank-ın “Data panel” tədbirinə qeydiyyat başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi Kapital Bank və "SUP.VC" şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək layihənin "Data panel" formatında baş tutacaq növbəti tədbirinə qeydiyyat başladı. 7 dekabr tarixində keçiriləcək tədbirdə 8 nəfərdən ibarət yerli və beynəlxalq ekspert qrupu iştirak edəcək. Panel formatlı tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edə, tövsiyələr ala bilərlər.
İki paneldən ibarət tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı "Ölçəklənən məlumat infrastrukturlarının qurulması", "Maşın öyrənməsi və məlumat təhlili: imkanlar və çətinliklər" kimi müxtəlif mövzular müzakirə ediləcək.
Tədbirdə beynəlxalq ekspert qismində Kapital Bank-ın Data elmi üzrə eksperti, bank sahəsində strateji hədəflərə uyğun dataya əsaslanan layihələrin həyata keçirilməsində 8 ildən çox təcrübəyə malik Buğra Şən iştirak edəcək. O, təbii dil, təsvir və audio emalı, həmçinin "Churn", "Propensity" və gəlir proqnozlaşdırılması modellərinin hazırlanmasını əhatə edən geniş spektrli layihələrin müəllifidir.
Kapital Bank-ın Analitik Ekspert Mərkəzinin funksional lideri Nail Nəcəfov da spikerlər sırasındadır. O, biznes administrasiyası üzrə bakalavr və magistr təhsili alıb. Karyerası boyunca "Azərikard" MMC-də Hesablamalar üzrə şöbə müdiri, "AzerGold" QSC-də Büdcə və planlama şöbəsinin müdiri vəzifələrində çalışıb.
Tədbirin daha bir spikeri Sadiq Məmmədov data sahəsində 8 ildən çox təcrübəyə sahibdir. O, "Bakcell" və "Azercell" kimi şirkətlərdə mühəndis və komanda lideri kimi çalışıb. Daha sonra fəaliyyətini PAŞA Holding-də davam etdirib. Hazırda Kapital Bank-ın Data Texnologiyaları Ekspert Mərkəzinin funksional lideridir.
Rinat Maksutov isə 10 il boyunca texnologiya konsultantı kimi "Accenture" və "BCG" kimi şirkətlərdə təcrübə qazanıb. Hazırda PAŞA Holding-də Data texnologiyaları şöbəsinin rəhbəri olaraq çalışır.
Paneldə eyni zamanda "Azerconnect" MMC-nin Data proqramlar və məhsullar üzrə rəhbəri Vüsal Məmmədov, ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik Fakültəsinin professoru Samir Rüstəmov, "Azerconnect" MMC-nin Məlumatların İdarə olunması və keyfiyyəti bölməsinin rəhbəri Aydın İsmayılov da spiker qismində iştirak edəcəklər.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://bit.ly/3N7b3pG. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
Tədbir 7 dekabr saat 19:00 da Nizami 90A ünvanında yerləşən "The Landmark Hotel Baku-Rotunda Hall" da keçiriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
DİGƏR XƏBƏRLƏR
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
XƏBƏR LENTİ
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq





