Ziraat Bank Azərbaycan qadın sahibkarlara öz şəxsi bizneslərini qurmalarına töhfə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ziraat Bank Azərbaycan sosial yönümlü layihələrin həyata keçirilməsi üzrə strategiyasına uyğun olaraq Özünüməşğulluq proqramı çərçivəsində müharibə iştirakçıları, şəhid ailəsi üzvləri, qadın sahibkarlara öz şəxsi bizneslərini qurmalarına dəstəyini uğurla davam etdirir.
Bank bu dəfə müxtəlif fəaliyyyət sahələri ilə məşğul olan 3 qadın sahibkara öz şəxsi bizneslərini qurmalarına dəstək olub. Belə ki, Suraxanı rayonu sakini, qadın sahibkar A. Qafarova və Sumqayıt rayonu sakini, şəhid ailəsi üzvü F. İsmayılova təlim-tədris, Qaradağ rayonu sakini, qadın sahibkar N. Əliyeva isə un məmulatları avadanlıqları ilə təmin olunaraq öz ailələrini maddi cəhətdən təmin etmək üçün imkan əldə ediblər.
Özünüməşğulluq proqramı "Ziraat Bank Azərbaycan" ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, bu günədək Ziraat Bank Azərbaycan Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və s. bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında öz töhfəsini verərək dəstək olmuşdur.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı





