İqtisadiyyat

Bazarda dollar təklifi artacaq - SƏBƏB

20 Mart 2023 09:32
Baxış: 3 216
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniya, Aİ, Kanada, İsveçrə, Yaponiya və ABŞ Federal Sisteminin mərkəzi bankları maliyyə böhranı şəraitində bazarda dollar vəsaitlərinin təklifini artırmaq üçün əlaqələndirilmiş tədbirlər haqqında razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə tənzimləyicilərin bazar ertəsi yaydığı birgə məlumatda deyilir.

İlk dəfə olaraq Yaponiya və digər ölkələrin mərkəzi bankları 2008-ci ildə baş verən maliyyə böhranı zamanı əsas valyuta olan dolların təklifini koordinasiya ediblər.

Koronavirus pandemiyasının başlamasından dərhal sonra 2020-ci ilin mart ayında dollar fondu təkliflərini genişləndirmək üçün oxşar addımlar atılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.