İqtisadiyyat

Kapital Bank Xırdalanda daha bir filialını istifadəyə verdi

30 Dekabr 2022 10:54
Baxış: 2 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank bank xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə Xırdalan şəhərində sayca 2-ci filialını istifadəyə verdi. Açılan yeni filial Xırdalan şəhərinin mərkəzində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 31-ci məhəllə, ev 3 ünvanında yerləşir. Xırdalan filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ınXırdalan filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələrinin açılması, həmçinin bəzi filial və şöbələrin əsaslı təmir olunaraq müştərilərin xidmətinə verilməsi  nəzərdə tutulub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 114 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt,Birbank kartı sifarişi üçün - https://kbl.az/tkstcrd.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.