İqtisadiyyat

Rusiya neftinin qiymət həddi müəyyən olundu

3 Dekabr 2022 08:58
Baxış: 917
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılaşıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"G7 və digər tərəfdaşlarla razılaşdırılan Aİ-nin neft həddi haqqında saziş Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq", - deyə o bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, "bu, bizə enerji daşıyıcılarının dünya qiymətlərini sabitləşdirməyə kömək edəcək və bu, bütün dünyada inkişaf etməkdə olan iqtisadiyyatlara fayda verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.