İqtisadiyyat

Avropa Rusiyanı CAR və Kolumbiya ilə əvəzləyir

15 Oktyabr 2022 22:24
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı Rusiya kömürü əvəzinə Cənubi Afrika Respublikası (CAR) və Kolumbiyadan daha baha qiymətə kömür alır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Eurostat"ın məlumatları bunu təsdiqləyir.

Bu ilin avqust ayında Avropa ölkələri Rusiyadan 374 milyon dollar dəyərində kömür alıb. Bu, iyul ayı ilə müqayisədə iki dəfə azdır. Bunun müqabilində CAR Avropaya kömür ixracını 3,4 dəfə, Kolumbiya 2 dəfə artırıb. Avqust ayında Avropa ölkələri CAR-dan 1,6 mln. ton, Kolumbiyadan 1,4 mln. ton kömür alıblar.

Rusiya kömüründən imtina Avropa ölkələri üçün il ərzində 8,5 mlrd. dollar əlavə xərcə gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.