İqtisadiyyat

Gürcüstanda zavod işçiləri tətilə başladı

5 İyul 2022 08:28
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rustavi Metallurgiya Zavodunun bəzi işçiləri maaşların artırılması tələbi ilə tətilə başlayıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kvemo Kartli metallurqlar, mədənçilər və kimyaçılar həmkarlar ittifaqının regional nümayəndəsi Georgi Tkemaladze bildirib:

"Armatur istehsal edən sexin tətil edən işçilərinin əsas tələbi - maaşların 30% artırılması və 13-cü maaşın verilməsidir".

Məlumata görə, müəssisənin rəhbərliyi tətil edən işçilərlə danışıqlar aparır, zavodda normal iş rejimi davam etdirilir və məhsul istehlakçıya çatdırılır.

Şirkət qeyd edib ki, son üç ildə işçilərin əməkhaqqı 5 dəfə artırılıb. Sonuncu artırılma 1 yanvar 2022-ci ildə baş tutub və bütün işçilər yenilənmiş müqaviləni imzalayıblar. Şirkət isə öz növbəsində bu yeni əmək müqavilələri üzrə öhdəliklərini ciddi şəkildə yerinə yetirir.

Zavod rəhbərliyinin bildirdiyinə görə, işçilər maaşlarını həmişə vaxtında alır, həmçinin pulsuz yemək, tibbi sığorta, xüsusi geyim və avadanlıqla təmin olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.