Bakıda "Partners & Business" yerli şirkətlərin tanıtım sərgi-konfransı işə başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 16-da "Baku Crystal Hall"da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, "Kapital Bank"ın tərəfdaşlığı ilə təşkil olunmuş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgi çərçivəsində dövlət qurumlarının və sahibkarların iştirakı ilə konfrans keçirilir. Tədbirdəm iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli, "Marsol" MMC-nin sədri Tural Mustafayev və özəl sektorun təmsilçiləri çıxış ediblər.
Konfrans öz işini "Əmək münasibətləri və məşğulluq altsistemi" - ƏMAS platformasının təqdimatına dair panellə davam etdirib. Növbəti günlər konfrans çərçivəsində "Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perespektivlər", "Sahibkarların maliyyə kanallarına çıxış imkanları" və "Regionlarda xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya perespektivləri" mövzularında panel müzakirələr keçiriləcəkdir.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. İştirak etmək üçün əvvəlcədən partners.az saytına daxil olaraq və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərsiniz. Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: www.partners.az
Sərgi-konfrans iyunun 18-dək davam edəcək. Sərgi hər gün 10.00-dan 18.00-dək ziyarətçilər üçün açıq olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)





