İqtisadiyyat

Rusiya 52 ölkə ilə uçuş qadağasını ləğv edib

9 Aprel 2022 08:02
0 Şərh     Baxış: 836
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya koronavirus pandemiyasına görə daha 52 ölkə ilə qüvvədə olan uçuş qadağasını ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hökumətin müvafiq qərarını Baş nazir Mixayil Mişustin elan edib.

Siyahıya Türkiyə, İraq, İran, Keniya, KXDR və bir çox Afrika ölkəsi daxildir. Uçuşlar ölkələrin rəsmi qurumlarının razılığı əsasında həyata keçiriləcək. siyahıda adları yer alan ölkələrin bəziləri (Türkiyə, Çin Serbiya və s.) hava əlaqəsi olsa da, bu, yalnız paytaxtlarla məhdudlaşırdı. əksər ölkələrlə hava əlaqəsi 2 ildir mövcud deyil.

Hələlik Rusiyanın heç bir şirkəti uçuşun bərpası üçün müraciət etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.