İqtisadiyyat

“Stellantis” Rusiyadan Avropaya ixracı dayandırır

13 Mart 2022 23:42
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropanın "Stellantis" qrupu Rusiyadan hazır məhsul ixracını dayandırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qrup Rusiyaya avtomobil ixracını dayandırıb. Kaluqadakı miniven zavodu isə istehsalı minimuma endirəcək. Burada yığılan avtomobillər əvvəlkindən fərqli olaraq Şərqi Avropaya idxal edilməyəcək. Zavodda Rusiyanın daxili tələbatını ödəyəcək həcmdə nəqliyyat vasitəsi istehsal ediləcək.

Rusiya bazarında yeni sərmayə qoyuluşu isə dayandırılıb. Gələn həftədən etibarən Şərqi Avropa ölkələrinə Fransa və Britaniyada istehsal edilmiş minivenlər yola salınacaq.

Qeyd edək ki, "Stellantis" qrupunun illik dövriyyəsində Rusiyanın payı cəmi 1,5%-dir. Qrup ötən il burada 100 000 avtomobil satıb. Dünya üzrə ümumi satış həcmi isə 6,5 milyonu ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.